Biletlər bitib, əlavə vaqonlar qoşulmayacaq - Bayram günlərində

10:14 08.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Qurban bayramı günlərində qatarla əyalətlərə getmək istəyən və bu günə qədər bilet almamış vətəndaşların arzusu gözündə qalacaq.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, Dövlət Dəmir Yolunun kassalarında regionlara gedən marşrutlar üzrə biletlər bitib. Bakı-Qazax, Bakı-Böyükkəsik marşrutları üzrə biletlər iki gün əvvəldən bitib. Kassalardan əldə etdiyimiz məlumatda qeyd olunur ki, 10-14 avqust tarixləri aralığında sadəcə bayramın son axşamına məhdud sayda bilet qalıb.

Bayram günlərində yalnız Bakı-Gəncə sürət qatarı iki reyslə xəttə çıxaq. Onlar da müvafiq olaraq səhər 7:40 və 8:00 tarixlərində Gəncəyə istiqamətlənəcək. Bir biletin qiyməti 10 manat olan adıçəkilən marşrut xətti üzrə biletlər 10-11-12 avqust tarixləri üçün bitib. 13-14 avqust tarixlərinə isə məhdud sayda yerlər məhdud saydadır.

Şənbə və bazar günləri üçün Bakı-Balakən qatarına da biletlər yoxdur. Əlavə reys xəttə çıxmayacaq. Əldə etdiyimiz məlumatda belə qeyd olunur. Digər xətlər üzrə də anoloji vəziyyətdir.

Kassadan bildiriblər ki, biletlər 10 gün əvvəldən satışa çıxarılıb. Bayramı əyalətlərdə qeyd etmək istəyənlər isə əsasən onlayın ödəmə vasitəsi ilə biletləri əldə ediblər.