Binəqədidə bir neçə mağaza yanıb

09:00 18.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, ümumi sahəsi 200 kv.m olan bir dam altında tikilən müxtəlif təyinatlı mağazaların yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.