Binəqədidə transformator yanıb

22:48 01.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Binəqədi rayonunda gücü 1000 kVt olan transformatorun yağı və sarğıları yanıb.

Hafta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir.

Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.