Binəqədidə yanğın olub

21:52 27.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin taxtadan ibarət üzlüyü 15 m² sahədə və dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.