Milyarder iş adamı İlon Mask Ukrayna və Rusiya liderləri arasında sülh danışıqlarının dərhal başlaması çağırışlarını dəstəkləyib. Rus-ukraynalı-amerikalı blogger və alim Lex Friedmanın podkastında bunu dilə gətirən Mask, "Bir-birinə nifrət etməyən gənclər, bir-birinə nifrət edən qocalar adına bir-birlərini öldürürlər" deyib.
Hafta.az-ın yazdığına görə, Mask bir il əvvəl münaqişənin sülh yolu ilə həllinin qaçınılmaz olduğunu proqnozlaşdırdığını xatırladaraq, indi Putinlə danışıqların vaxtının gəldiyi fikri ilə razılaşdığını bildirib.
Mask Zelenskiyə xitabən deyib: "Putinlə dialoqa getməsə belə, mən ona məsləhət görərdim ki, ukraynalı gəncləri səngərdə ölməyə göndərməsin. Cəbhədə vəziyyət elə inkişaf edib ki, irəliləməkdə davam edən tərəf laylı müdafiə və mina sahələrinə görə müdafiə tərəfindən bir neçə dəfə çox itki verəcək”.
Musk həmçinin Rusiya və Ukrayna gəncləri arasında əslində fitri bir nifrət olduğunu düşünmədiyini söyləyib və əlavə edib: “Hər şey köhnə deyimdə deyildiyi kimi olur: Bir-birinə nifrət etməyən gənclər bir-birinə nifrət edən qocalar adına bir-birlərini öldürürlər”.