“Bir dəri-bir sümük qalıb... Onurğa sütunu görünür...”- Saakaşvilinin anası

20:32 22.01.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın üçüncü prezidenti Mixail Saakşvilinin anası Giyuli Alasaniya Tiflisdə "Vivamed" klinikasında oğluna baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında "Faciəvi vəziyyətdir, bir dəri-bir sümük qalıb"- deyə söyləyib.

 

Hafta.az xəbər verir ki, bu haqda “Qruzia online” nəşri məlumat yayıb.

 

İslahatçı eks-prezidentin anasının sözlərinə görə, Mixail Saakaşvili sabahkı məhkəmə prosesində iştirak edə bilməyəcək.

 

“Onun qabırğaları qabarıqdır və ümumiyyətlə qarnı yoxdur, onurğa sütunu görünür. Qan köçürürlər, amma bu adam hər gün pisləşir. Yaxşı, onu necə müalicə edirlər?..

 

Axı,  siz görürsüz ki, Qərb tərəfdən necə canlanma, maraq var. Bu onlara elə-belə başa gəlməyəcək... O, nəinki məhkəmədə iştirak edə bilməyəcək... O, köməkçi qurğuların köməyi ilə hərəkət edir. O qədər zəifdir ki, hətta onlarla da yeriyə bilmir”, -  deyə Alasaniya vurğulayıb.