Bir nəfər dəm qazından boğulub

12:28 24.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qobustan rayonunda kişi dəm qazından boğulub.

Hafta.az xəbər verir ki, hadisə Qobustan rayonu, M.Ə.Sabir küçəsi, ev 2 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, Qobustan rayon Kommunal Müəssisələr Kombinatında fəhlə işləyən, 1973-cü il təvəllüdlü Bədirov Xaliq Xeyrulla oğlu yaşadığı evin hamamında duş qəbul edərkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.