Birləşmiş Ştatlar nüvə silahından istifadə etməyə hazırdır - Pentaqon

12:44 31.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Pentaqon rəhbəri Lloyd Austin bildirib ki, Şimali Koreya hücuma qərar verərsə, ABŞ nüvə silahından istifadə etməyə hazırdır.

DW-nin məlumatına görə, Ostin bunu Şimali Koreyadan artan nüvə təhlükəsi fonunda Cənubi Koreyaya səfəri zamanı deyib. Bu səfər zamanı Ostin müdafiə naziri Lee Jong-sup ilə görüşüb, Seul qonşu ölkədən potensial təhlükəyə görə Vaşinqtondan böyük zəmanət istəyib.

Ostin söz verib ki, Birləşmiş Ştatlar “Cənubi Koreyanı qorumaq üçün bütün adi və nüvə çəkindirici vasitələrdən istifadə etməyə sadiqdir”.

Oxunma sayı 93