Bişkekdə ölkənin ən uca binalarının tikintisinə başlanılıb

14:05 05.12.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanın paytaxtı Bişkek şəhərində, Dostoyevski və Ankara küçələrinin kəsişməsində ölkədə ən uca binalardan ibarət böyük bir yaşayış kompleksinin tikintisinə başlanılıb. Layihəyə on 35, dörd 40 mərtəbəli bina daxildir.

Hafta.az-ın yazdığına görə, Dövlət İpoteka Şirkətinin Əhali Əlaqələri Departamentinin rəhbəri Gülzat Totubayeva bu gün keçirilən brifinqdə bildirib ki, kompleksdə ümumilikdə 4160 mənzil olacaq. Layihəyə həmçinin üçmərtəbəli yeraltı dayanacaq, idman və uşaq oyun meydançaları və abadlaşdırılmış həyətlər daxildir.

O, obyektin bütün seysmik davamlılıq tələblərinə cavab verdiyini vurğulayıb. "Əminik ki, kompleks təhlükəsizlik standartlarına tam cavab verəcək. Bütün zəruri hesablamalar və dizayn həlləri müəyyən edilmiş standartlara uyğun olaraq həyata keçirilib. Vətəndaşlarımızın təhlükəsizliyi barədə narahat olmalarına ehtiyac yoxdur", - Totubayeva bildirib.