Bitkoin bahalaşdı

14:33 11.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyanın aparıcı kriptovalyutası - bitkoin 37 min ABŞ dollarına kimi bahalaşıb.

Kriptovalyutanın qiyməti son 24 saat ərzində 0,96 % artaraq 37,077 min ABŞ dollarına çatıb. Nəticədə onun kapitallaşması 724,5 milyard ABŞ dollarına kimi yüksəlib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 3 % azalaraq 2,054 min ABŞ dollarına düşüb. İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “Solana” olub.

Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1,41 trilyon ABŞ dolları həddində qərarlaşıb.