“Biz gürcü xalqının mandat verdiyi hakimiyyətik” - Şalva Papuaşvili

10:37 24.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Biz gürcü xalqının mandat verdiyi hakimiyyətik və gürcü xalqının hakimiyyəti heç vaxt xarici ölkənin təhdidi altında hərəkət etməyəcək”.

Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın Parlamentinin sədri Şalva Papuaşvili brifinqdə jurnalistlərə açıqlayıb.

Papuaşvilinin sözlərinə əsasən, bir şey aydındır ki, demokratik yolla seçilmiş hakimiyyət xarici ölkənin təhdidi altında hərəkət edə bilməz.

“Bu halda biz gürcü xalqının hakimiyyəti deyil, başqa xalqların və başqa ölkələrin təyin olunmuş hakimiyyəti olardıq. Gürcü xalqının hakimiyyəti heç vaxt xarici ölkənin təhdidinə boyun əyməyəcək”, - Şalva Papuaşvili açıqlayıb.

Oxunma sayı 345