“Bizə Hulisi Akar, Mövlud Çavuşoğlu kimi siyasətçilər lazımdır ki...” - Politoloq

18:13 31.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri regionda baş verən proseslərlə bağlıdır.  Ermənistanın Azərbaycana qarşı "humanitar yük" şousu Qərbin müəyyən mərkəzləri tərəfindən  yeni bir koalisiya formalaşdırır və  Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar. Bu məsələdə Türkiyənin Azərbaycana siyasi dəstəyi lazımdır”.

Bunu hafta.az-a siyasi ekspert Məhəmməd Əsədullazadə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri ilə bağlı açıqlamasında bildirib. 

M.Əsədullazadə bldirib ki, Türkiyə hakimiyyətinin bizə qarşı siyasəti dəyişməyib. Sadəcə olaraq Türkiyənin yeni müdafiə naziri, xarici işlər naziri lal diplomatiya həyata keçiridir.

“Türkiyənin əvvəlki xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar  Azərbaycanla bağlı açıq dəstək bəyanatları verirdi.  Bu gün Türkiyədə eyni hakmiyyətdir, amma yeni xarici işlər naziri Hakan Fidan və yeni müdafiə naziri  Yaşar Gülərin fəaliyyətində Azərbaycana açıq dəstək bəyanatlarını eşitmirik. İndiki dövrdə bizə Hulisi Akar, Mövlud Çavuşoğlu kimi siyasətçilər lazımdır ki, geniş şəkildə Azərbaycana dəstək siyasətini həyata keçirtsinlər”. 

M.Əsədullazadə belə bir fonda qeyd edib ki, Azərbaycan xarici işlər naziri Türkiyəyə səfəri çərçivəsində  həmkarı ilə həm bu məsələlər, həm də Ermənistanın Azərbaycana qarşı son davranışları fonunda müzakirələr edəcəklər.

“Təbii ki, iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə və regional məsələlərə dair fikir mübadiləsi aparılıb”-siyasi ekspert bildirib.

Siyasət rubrikasından digər xəbərlər