Yazını böyüt
Yazını kiçilt
Avqustun 3-də Almaniya Super kuboku uğrunda “Borussiya Dortmunt” və “Bavariya” klubları üz-üzə gəliblər.
Hafta.az xəbər verir ki, “Signal İduna Park” stadionunda baş tutan həlledici görüşdə Dortmund təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Qolları Pako Alkaser (48) və Jadon Sanco (69) vurublar.
Bununla da “Borussiya Dortmund” komandası tarixində 6-cı dəfə Almaniya Super kubokunun qalibi olub.