Böyük Britaniyanın baş naziri Liz Truss istefa qərarını açıqlayıb. O, altı həftə öz vəzifəsində qalıb.
Hafta.az bildirir ki, Trussın baş nazirliyi dövründə milli valyuta çöküb, kömək üçün İngiltərə Bankına müraciət etməli olub.Truss eyni zamanda demək olar ki, bütün siyasi proqramından imtina edib və ən yaxın siyasi müttəfiqini işdən çıxarıb.
Xatırladaq ki, mərhum kraliça II Yelizaveta sentyabrın 6-da Trussu Böyük Britaniyanın baş naziri təyin edib. Beləliklə, Truss kraliça tərəfindən təyin olunan 15-ci baş nazir olub.
Maraqlıdır ki, ötən gün Truss bir sıra parlamentarilərin getmək çağırışlarına baxmayaraq, vəzifəsində qalmaq niyyətində olduğunu iddia edib.
O, xüsusilə, "milli maraqlara uyğun hərəkət etmək üçün" baş nazir olaraq qalacağını söyləyib. Daha sonra Truss Mühafizəkarlar Partiyasını növbəti parlament seçkilərinə aparacağına əminliyini ifadə edib.