Böyük Britaniyanın müdafiə naziri gizli şəkildə Kiyevə səfər edib

12:21 30.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles gizli şəkildə Kiyevə səfər edib. Hafta.az bildirir ki, bu barədə nazirin özü Twitter-də məlumat verib, lakin səfərdən sonra.

Uolles müdafiə naziri Aleksey Reznikovla görüşüb.

Səfər barədə əvvəlcədən məlumat verilməyib.

"Ukraynaya daha çox hərbi yardımı müzakirə etmək üçün bu həftə Kiyevdə yaxın dostum Aleksey Reznikovu ziyarət etməkdən məmnun oldum. Onların Rusiya təcavüzünə qarşı mübarizəsinə dəstəyimiz artır və 2023-cü ilə qədər və ondan sonra da davam edəcək", - Wallace yazıb.

Oxunma sayı 1719