Braziliyada prezident seçkilərinin ikinci turu keçiriləcək

13:06 03.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Braziliyalılar ölkə prezidentini ikinci turda seçəcəklər, hazırkı lider Jair Bolsonaro və Luis İnasio Lula da Silva ikinci tura keçiblər. Hafta.az bildirir ki, ölkənin ən yüksək seçki məhkəməsi bildirib.

Braziliyada səsvermənin ilk turu oktyabrın 2-də keçirilib. İkinci tur oktyabrın 30-na təyin edilib.
İndiyədək bülletenlərin 97,45 faizi hesablanıb, Braziliyanın eks-prezidenti Luiz İnasiu Lula da Silvanı 47,93 faiz, hazırkı dövlət başçısı Jair Bolsonaro isə 43,63 faiz səslə ikinci yerdədir.

İlk turda qalib gəlmək üçün 50 faizdən yuxarı xal toplamaq lazım idi.

Qalan prezidentliyə namizədlər xeyli geridədirlər, onların çoxu səslərin bir faizini belə ala bilməyib.

Oxunma sayı 1506