Britaniya 2022-ci ildə 100-dən çox rus diplomatına viza verməyib - MI5 rəhbəri

19:07 16.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın MI5 əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum Londondakı qərargahında illik çıxışı zamanı bildirib ki, ölkə hakimiyyəti təhlükəsizlik baxımından 2022-ci ildə Rusiyadan olan 100-dən çox diplomata viza verməkdən imtina edib. Bu barədə “Reuters” məlumat yayıb.

Onun sözlərinə görə, Aİ ölkələri də 2022-ci ildə Rusiya hakimiyyətinin 600-ə yaxın nümayəndəsini ölkədən çıxarıb, baxmayaraq ki, onların üçdə ikisi Rusiya xüsusi xidmət orqanlarında çalışıb.

Makkallum qeyd edib ki, bu cür tədbirlər “müasir Avropa tarixində Rusiya kəşfiyyat xidmətlərinə ən mühüm strateji zərbə vurub”.