Britaniya “Challenger 2” tanklarını mart ayına kimi Kiyevə çatdıra bilər

12:02 13.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Londonun “Challenger 2” tanklarını mart-aprel aylarına qədər Ukraynaya çatdıra biləcəyi barədə fikir bildirib.

Diplomatın sözlərinə görə, hazırda ukraynalı hərbçilərə krallıq ərazisində bu tanklardan istifadə etmək üçün təlimlər keçirilir.

"Çatdırılmaların özləri indi planlaşdırılmır, bu, mart-aprel aylarında həyata keçiriləcək bir sıra tədbirlərdir" dedi Kelin.