Böyük Britaniyanın Təhsil Nazirliyi ölkədə 12 və daha yuxarı yaşda olan uşaqların 97 faizinin şəxsi cib telefonu olduğunu və bunun təhsilin keyfiyyətinə təsir etdiyini bildirilib.
Hafta.az-ın yazdığına görə, açıqlamada Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) da məktəblərdə kiber zorakılığa və dərslərdə fasilələrə səbəb olan mobil telefonların qadağan edilməsinə çağırdığı xatırladılıb. Bildirilib ki, yeni tətbiqlə məktəb direktorlarına fasilələr də daxil olmaqla, dərs günü ərzində mobil telefondan istifadənin yasaqlanmasında dəstək veriləcək.
Açıqlamada telefonların ümumiyyətlə məktəbə gətirilməyəcəyi və ya məktəb girişlərindəki kilidli şkaf və ya seyflərə veriləcəyi paylaşılıb.
Açıqlamada valideynlərin 44 faizinin övladlarının cib telefonu ilə keçirdiyi vaxtdan narahat olduğu, bu nisbətin orta məktəblərdə və liseylərdə 50 faiz olduğu, qadağa işləri çərçivəsində önümüzdəki 3 il ərzində təxminən 700 məktəbdə 10 milyon funtluq investisiya ediləcəyi vurğulanıb.
Hökumətin tapşırığı ilə aparılan araşdırmaya görə, orta məktəb və lisey şagirdlərinin 29 faizi demək olar ki, bütün dərslərinin cib telefonu ilə kəsildiyini bildirib.
Bəyanatda mobil telefondan istifadəni qadağan edən bir məktəbin qazandığı nəticələr də yer alıb. Adı açıqlanmayan məktəbdə təlim-tərbiyə mədəniyyətinin yüksəldiyi, şagirdlərin daha dinc və rahat şəraitdə təhsil ala bildikləri, işçilərin təhsilə diqqətinin daha çox olduğu bildirilib.
Bəyanatda oxşar təcrübələrin Fransa, İtaliya və Portuqaliyada həyata keçirildiyi vurğulanıb.
Məlumata əsasən, ailələrin 75 faizdən çoxu məktəblərdə telefondan istifadənin qadağan edilməsini qərarını dəstəkləyir.