Brüssel görüşü Azərbaycan diplomatiyasının növbəti uğurudur - Millət vəkili

12:21 02.09.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

"Cənab Mişel qeyd edib ki, bu görüşün keçirilməsi qərarı May ayında keçirilmiş son görüşdə razılıq verilibdir. Yəni bu görüş əvvəlcə keçirilmiş görüşün davamı olmaqla, müzakirə edilmiş məsələlər də eyni məsələlərdir. Qeyd edib ki, üçtərəfli görüşdən əvvəl o hər iki ölkə rəhbərini qəbul edibdir. 31 avqust görüşü bu formatda dördüncü müzakirə hesab edilir.

Bu fikirləri hafta.az-a millət vəkili Məlahət İbrahimqızı deyib:

"Bəyanatda da qeyd edildiyi kimi müzakirələrin əsas mövzuları Cənubi Qafqazda baş verən son hadisələrə, Aİ ilə hər iki ölkə arasında münasibətlərə və Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə həsr edilmişdir.Cənab Mişelin qeyd etdiyi kimi müzakirələr açıq və məhsuldar olubdur. O qeyd edib ki, müzakirədə son görüşdə əldə olunmuş razılaşmaların daha da irəliyə aparılması üçün kifayət qədər müsbət addımlar atılıbdır.
Cənab Mişel bəyanatında müzakirə olunmuş ayrı-ayrı məsələlər üzrə konkret fikirlərini də bildiribdir. Aİ Şurasının Prezidenti qeyd edib ki, bu müzakirədə Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün prosesin gücləndirilməsi haqqında hər iki tərəflərlə razılaşma əldə edilibdir. Bəyanatda Sülh müqaviləsinim mətn layihələri üzərində işləmək üçün hər iki ölkənin Xarici İşlər Nazirlərinə bir ay müddətində görüşməyi tapşırılıbdır.Aİ Şurasının Prezidenti müzakirə olunmuş humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, saxlanılan şəxslər və itkin düşənlərin taleyi ilə bağlı da ətraflı müzakirələrin aparıldığını və Aİ-nın gələcəkdə də bu məsələlərlə məşğul olacaqdır.
Bildiyimiz kimi Azərbaycan və Ermənistan arasında müzakirə olunan problemlərdən biri də sərhəd məsələləridir. Cənab Mişel bəyanatında bu məsələyə toxunaraq sərhədlərin delimitasiyası və demarkasiya məsələsinin vacibliyini, eyni zamanda sərhədboyu təhlükəsizliyin və sabitliyin təmin edilməsi ilə bağlı məsələlərin müzakirə olduğunu bildiribdir. Bildiyimiz kimi Azərbaycsn Ermənistan sərhədlərində qanunsuz erməni silahlı dəstələri vaxtaşırı hərbi təxribat törədir. Son təxribat isə bu ilin iyul-avqust aylarında olmuşdur. Azərbaycan hökuməti bu haqda beynəlxalq ictimaiyyətə və beynəkxalq təşkilatlara məlumat vermişdir.
Sözsüz ki, həm də silahlı erməni birləşmələri Azərbaycanın Qəhrəman Ordusu tərəfindən darmadsğın edilmişdir. Mişelin nəyanatından görünür ki, məhz Azərbsycan hökümətinin bu etirazı və sərhəddə tötədilən erməni təxribatı görüşfə müzskirə edilibdir. Belə ki, Aİ Şurasının Prezidenti bildirib ki, bu ilin noyabr ayında Sərhəd Komissiyalarının növbəti iclasının Brüsseldə keçirilçəsi haqqında tərəflər razılığa gəlibdir. Bəyanatda bildirilir ki, görüş zamanı nəqliyyat əlaqələri haqqında eyni zamanda nəqliyyatın blokdan çıxarılmasının vacibliyi də geniş müzakirə olubdur. O , Aİ-nın Cənubi Qafqazda uzunmüddətli davamlı sülhə doğru dəstəyini və hər iki ölkənin və bu ölkələrin əhalisinin rifahı naminə və iqtisadi inkişaf naminə Aİ bundan sonra da təkan verməyə davam hazır olduğunu bildiribdir. Tərəflər bu ilin noyabr ayının sonunda bu formatda yenidən görüşün keçirilməsinə razılışıbdır. Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat üçün verdiyi bəyanatdan bir daha görürük ki, Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə keçirilmiş dünənki görüşdə müzakirə olunmuş bütün məsələlər ilk gündən Azərbaycan tərəfinin verdiyi təkliflərlə demək olar ki, tam üst-üstə düşür. Hesab edirəm ki,31 avqustda konstuktiv mühitdə keçən Brüssel görüşü Azərbaycan diplomatiyasının növbəti uğurudur."

Siyasət rubrikasından digər xəbərlər