BŞTİ-yə 123 mindən çox müraciət daxil olub

15:54 19.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 123 864 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.

İdarədən hafta.az-a verilən xəbərə görə, statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 75 368 zəng qəbul edilib.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən 1 446 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb. Həmçinin Vətəndaşların Qəbulu Mərkəzində 22 784 vətəndaşın müraciəti cavablandırılıb.

24 266 sənəd (vətəndaşlar tərəfindən 6 552 ərizə, 5 585 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 2 782, digər qurumlardan 2 044, məktəblərdən 4 895 məktub və 2 408 kadr ərizəsi) qəbul olunub.