Bu, onların ölümdən sonrakı istəkləridir

12:43 22.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qazaxıstan, Türkiyə kimi ölkələrdə şəxs öz orqanlarını bağışlasa da, beyin ölümündən sonra onun ailəsindən razılıq alınır".

Hafta.az xəbər verir ki, bunu açıqlamasında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib. Qeyd edib ki, əgər ailə razı deyilsə, orqanları götürülmür.

Y.Abbasova vurğulayıb ki, Azərbaycan qanunvericiliyi bu baxımdan daha təkmildir:

"Fevral ayından indiyədək ölümündən sonra orqanlarını bağışlayan şəxslərin sayı 50-dən 600-ə yüksəlib. Səhiyyə Nazirliyinin və bizim mərkəzin işçiləri ilk sıradadır. Bu sahədə universitetlərdə də maarifləndirmə işlərini mütəmadi aparırıq. Müşahidələrimiz də onu deməyə əsas verir ki, yaşlı insanların əksəriyyəti orqanlarını bağışlamağa müsbət yanaşmasalar da, gənclər arasında bu tendensiya tamamilə fərqlidir".

Y.Abbasova bildirib ki, bütün bunlara baxmayaraq, aparıcı rol reanimatoloqlara aiddir:

"Yəni 10 milyon əhalinin 5 milyonu donor olsa da, reanimasiyadan beyin ölümünun olduğu ilə bağlı xəbər gəlməsə, bağışlanan orqanları belə götürmək mümkün olmayacaq. Bu sahədə isə ciddi işlərimiz gedir. Əvvəllər problemlərimiz var idi - sistem yeni idi. Həkimlər işin ciddiyyətini anlamırdılar. Lakin getdikcə, bu maneələr aradan qalxır".