Rusiya Səhiyyə Nazirliyi “sürücülərə narkotik qadağası” ilə bağlı iddialara aydınlıq gətirib.
Hafta.az-ın yazdığına görə, nazirlikdən verilən açıqlamada qeyd edilir ki, mediada siyahıda olan dərmanlarla bağlı hər hansı qadağa yoxdur.
Açıqlamaya görə, siyahı tərkibində sakitləşdirici və psixotrop maddələr olan dərmanlarla bağlı “məlumat xarakterli”dir. Nazirlik bu dərmanlardan istifadə edildiyi halda sürücülərə sükan arxasına keçməməyi tövsiyə edir.
“Kommersant” yazır ki, siyahıya “Teraflu”, “Ferveks”, “Foreyn”, “Antigrippin” və “RiniKold Maks” kimi qızdırmasalıcı dərmanlar, “Solpadein”, “Nurofen plus”, “Ketanov” və “Spazmalqon” kimi ağrıkəsicilər, “Tavegil”, “Suprastin”, “Klaritin”, “Tsetirizine” və “Levotcetirizine” kimi antihistaminiklər və son olaraq, “Tedein”, “Koldreks”, “Maksikold”, “Stopgripan” və “Koldakt” kimi soyuqdəymə vasitələri də var.
Nazirlik iddia edir ki, bu dərmanların bəziləri sürücülərin reaksiya qabiliyyətini azaldır və bu səbəbdən də nəqliyyatda təhlükəli vəziyyət yarada bilər.