Bu ərazilərdə qaz və su olmayacaq

09:17 30.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar bu gün, saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Hafta.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə rayonun Abşeron, Tuti küçələrində və Nardaran bağları ərazisində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu gün Zabrat qəsəbəsində suyun verilməsində də fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirilir ki, Zabrat qəsəbəsini içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar bu gün səhər saatlarından axşam saatlarınadək qəsəbəyə suyun verilməsində fasilə yaranacaq:

"Təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək".