Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır

20:46 30.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır.

Hafta.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşdə söyləyib.

Dövlətimizin başçısı bildirib:

“Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır”.