Bu gün ali məktəblərə ixtisas seçimi başlayır

09:21 16.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gündən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.

Bu barədə hafta.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İxtisas seçimi avqustun 28-nə qədər davam edəcək.

Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən məsləhət mərkəzlərinə müraciət edə bilərlər.

Oxunma sayı 101
Sosial rubrikasından digər xəbərlər