Bu gün keçirilən qəbul imtahanında 1 sualda texniki səhvə yol verilib - FOTO

21:52 01.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə yol verilib.

Hafta.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək.

Həmin sual düzgün cavablandırılmış kimi qeyd ediləcək.

Qeyd edək ki, həmin sual A variantında 11-ci, B variantında 18-ci, C variantında 8-ci, D variantında isə 13-cü sualdır.