Bu gün manata azdan-çoxdan inam formalaşıb - Açıqlama

18:08 18.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün manata azdan-çoxdan inam formalaşıb, bu inam zərbə altında qala bilər. Bank sektorunda mövcud olan stabilləşməyə təzyiq yarana bilər. Digər tərəfdən, Qarabağ bölgəsində abadlıq quruculuq işləri aparılır.

Bu fikirləri hafta.az-a  İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişyev deyib:

"Bu prosesə investisiya cəlb etməyə çalışdığımız, xüsusən də qeyri-neft sektorunun inkişafına cəhd göstərdiyimiz bir vaxtda devalvasiyaya getmək sadaladığım məsələləri təzyiq altında qoyur.

Ona görə risklərin qarşısını almaq üçün hökümət yenə də manata təzyiqlər olduğu halda, strateji ehtiyatlardan istifadə etmək hesabına prosesi nəzarətdə saxlayır. O vaxt devalvasiyaya gedilə bilər ki, artıq strateji ehtiyatlar və digər başqa yollarla manatı sabit saxlamaq mümkün olmasın. Hazırda yaxın dövr üzrə manat üçün belə bir risk yoxdur".

Oxunma sayı 34