Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır

15:10 14.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır.

Hafta.az xəbər verir ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 14-ü və 15-də Şuşada keçiriləcək poeziya günlərinin qonaqları artıq mədəniyyət paytaxtına toplaşıb.

Qonaqlar ilk əvvəl Şuşada bərpa edilmiş bir sıra dini və tarixi-mədəni abidələrimizi ziyarət edəcək.

Günün ikinci yarısında isə Vaqif Poeziya Günlərinin açılış tədbiri olacaq.

Daha sonra gecə saatlarınadək poeziya, konsert proqramları təqdim ediləcək.