Bu günün hava proqnozu

11:24 24.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən hafta.az-a verilən məlumata görə, səhər çiskinli olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4°, gündüz 5-8° isti, Bakıda gecə 2-4°, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 773 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət 80-90 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.