Yazını böyüt
Yazını kiçilt
Rusiya Xarici İşlər Nazirliyi 2023-cü ildə 4400 nəfərin Rusiya vətəndaşlığını itirəcəyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, 2022-ci ildə 4300 nəfərin Rusiya vətəndaşlığından çıxdığı və bu göstəricidə üç illik rekordun qırıldığı açıqlanıb.
Rusiyada 2021-ci ildə 4 min nəfər vətəndaşlıqdan çıxmaq qərarına gəlib.
Bildirilib ki, 2023-cü ilin 9 ayında xaricdə Rusiya vətəndaşlığı alanların sayı 15100 nəfər olub. Onların 12500 nəfəri beynəlxalq nikahdan doğulan uşaqlardır. 2022-ci ildə bu göstəricilər müvafiq olaraq 23500 və 13600 nəfər olub.
Rusiya vətəndaşlığını qəbul edənlərin sayı ötən il sson üç ildə ilk dəfə azalıb. 2021-ci ildə 735 min nəfər Rusiya vətəndaşı olduğu halda, ötən il bu rəqəm 6,4 faiz azalıb.