Bu il İİV-ə yoluxanların 2871-i qadınlardı

11:25 20.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin 9 ayında Azərbaycanda 602 nəfər İnsan immun çatışmazlığı virusuna (İİV) yoluxub.

Bu barədə hafta.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 9985 nəfər qeydiyyata götürülüb (9659-u Azərbaycan vətəndaşı, 326-sı əcnəbi).

Rəsmi məlumata görə, İİV-ə yoluxanların 7114-ü kişi, 2871-i qadınlardır.

Onlardan 3542-si İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2489 nəfəri hazırda dispanser qeydiyyatındadır.