Yazını böyüt
Yazını kiçilt
Bu il Azərbaycanda 2 milyona yaxın ağac əkilib. Onun 1 milyona qədəri "Yaşıl Marafon" kampaniyasının payına düşür.
Hafta.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Nazir müavini bildirib ki, bu il ağacəkmə aksiyasına işğaldan azad edilmiş Zəngilanda başlanılıb.
"Payız və qış ağacəkmə aksiyası məfhumları artıq aradan qaldırılır. Biz ağacəkmə tədbirlərinə mütəmadi olaraq davam eəcəyik", - deyə nazir müavini qeyd edib.