Bu il Azərbaycanda qeyri-neft ixracı rekord həddə çatacaq - Mikayıl Cabbarov

15:03 07.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il Azərbaycanda qeyri-neft məhsullarının ixracı rekord həddə çataraq 2,6 mlrd dolları ötəcək.

Hafta.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "twitter" hesabındakı paylaşımında bildirib.

"Dayanıqlı inkişaf prioritetlərimizə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində səylərimizi davam etdiririk. Yenilənmiş proqnozlara görə, bu il Azərbaycanda qeyri-neft məhsullarının ixracı rekord həddə çataraq 2,6 mlrd dolları ötəcək", - nazir qeyd edib.

Oxunma sayı 27