Bu küçəyə maşınların girişinə qadağa

14:42 24.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar iyunun 26-sı saat 00:00-dan etibarən Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Bu barədə hafta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata əsasən, hərəkətin məhdudlaşdırılması işlər başa çatana qədər qüvvədə olacaq. Sürücülərdən sözügedən hissədə hərəkət edərkən yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.