Bu o deməkdir ki, Türkiyə Qafqazdadır - Ekspert

17:19 26.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Füzulidə Hava Limanının açılması və Rəcəb Tayyib Ərdoğanın o mərasimə qatılması çox önəmli hadisədir.

Bu fikirləri hafta.az-a siyasi şərhçi Yasəmən Qaraqoyunlu deyib.

O, hesab edir ki, bu, Türkiyənin Qarabağın işğaldan azad edilməsində Azərbaycanı dəstəkləməsi, onun Qafqazda gedən siyasi proseslərdəki iştirakını təsdiq edən bir səfərdir. Bu o deməkdir ki, Türkiyə Qafqazdadır.

Y.Qaraqoyunlu Ərdoğanın Azərbaycana səfərinin Türkiyədə Osman Kavala məsələsinin yenudən gündəm gətirilməsi ərəfəsinə düşməsini də təsadüfi saymayıb. O, Türkiyə-Azərbaycan strateji birliyini həm də Avroatlantik dünyanın Türkiyəni bölmək  siyasətinə qarşı olan birlik kimi də xarakterizə edib. Onun fikrincə, Avropa Türkiyədə Yunanıstan və Ermənistan qurma planlarını həyata keçirir.

“NATO üzvləri olan dövlətlər Türkiyə  hökumətinə və Ərdoğana basqı edirlər ki, Osman Kavalanı azad etsinlər. Oaman Kavalanın azad edilməsinə çağırış, Dəmir Taşın və Öcalanın azad edilməsinə çağırışın davamıdır. Burada da məqsəd NATO üzv olan ölkələrin Türkiyənin dövlət, torpaq bütünlüyünü boğmaq istəyən  güclərin fəaliyyətini  dəstəkləməsidir. Təbii ki, Ərdoğan da bu olaya çox ciddi təpki göstərdi və həmin ölkələrin səfirlərinin “persona non-qrada” elan edilməsi ilə bağlı tapşırıq da verdi. Bu üzdən bölgəmizdə Türkiyə ilə Azərbaycan müttəfiq olmalı, bir-birini dəstəkləməlidir. Çünki ermənilərin işğal siyasətinin arxasında da Avroatlantik dünyanın ciddi dəstəkləri var. Ərdoğann Azərbaycana gəlişi bütün bu hadisələrin fonunda çox önəmlidir. Milli müqavimətimizin, torpaq suverenliyimizin, bütövlüyümüzün güclənməsində hər iki dövlət yanaşı iştirak etməlidir, özünü qorumalıdır”.

Oxunma sayı 30