Bu siqnallar yadplanetliləri cəlb edə bilər

08:31 10.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Yer kürəsindəki hava limanlarının və hərbi radarların yaydığı radiosiqnallar 200 işıq ili məsafədən belə aşkarlana bilər. Bu siqnallar texnoloji cəhətdən inkişaf etmiş yadplanetli sivilizasiyalar üçün ağıllı həyatın göstəricisi ola bilər".

Hafta.az xəbər verir ki, bu barədə Mançester Universitetinin alimləri apardıqları araşdırmadan sonra elan ediblər. Belə siqnalların mənbələri arasında Çikaqoda Ohara, Nyu-Yorkda Kennedi və Londonda Hitrou kimi iri hava limanlarının radar sistemləri göstərilir. Xüsusilə hərbi radarların siqnalları daha güclüdür və ağıllı həyatın mövcudluğuna dair daha aydın sübut rolunu oynayır.

Alimlər hesab edirlər ki, əgər Yer bu cür siqnallar yayırsa, bənzər siqnallar digər planetlərdən də gələ bilər və biz onları aşkarlaya bilərik.