Bu sülhü inşa edən siyasi iradə İlham Əliyev siyasi iradəsidir - Rəy

10:00 17.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Prezidentinin Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət alması hər şeydən öncə Azərbaycanın Beynəlxalq münasibətlər sistemindəki nüfuzu, gücü, etibarı ilə bağlıdır. Nəticə etibarı ilə Azərbaycan Yaxın Şərq qədər mürəkkəb bir regionda, yəni Cənubi Qafqazda sülhü əldə etməyi bacaran bir ölkədir, bu sülhü inşa edən siyasi iradə Prezident İlham Əliyev siyasi iradəsidir”.

Bunu Hafta.az-a açıqlamaısnda Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib.

“Ona görə də ilk növbədə nüfuz və təcrübə baxımından Azərbaycan Prezidentinin dəvəti Yaxın Şərq Sülh Sammitində arzu olunan bir faktora çevrilmişdir. Çünki Azərbaycan həm sülhü əldə etməyi, onu davamlı etməyi, qormağı, həm də müharibənin törətdiyi dağıntıların aradan qaldırmasında təcrübə sahibdir”- deputat deyib.

H.Məmmədov qeyd edib ki, digər tərəfdən, Azərbaycan münaqişə edən və Yaxın Şərqdə təsirli olan bütün aktrlarla qarşılıqlı etimada əsaslanan münasibətlərə sahibdir:

“Azərbaycan İsraillə də çox yaxşı münasibətlərə sahibdir, Misir, Səudiyyə Ərəbistanı, qardaş Türkiyə, Qətər, İordaniya və Yaxın Şərqin digər bütün ölkələrlə həm ikitərəfli qaydada, həm də İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində çox yaxşı əlaqələr qurur. Azərbaycan daima ölkələrin ərazi bütövlüyü mövqeyindən çıxış edib. Eyni zamanda İsrail, Fələstin münaqişəsi boyunca da Azərbaycan həmişə Yaxın Şərqdə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamə əsasında ikidövlətli həll formulasına tərəfdar olub. Bu məsələni diqqətə alsaq görəcəyik ki, bütün tərəflər Azərbaycanın mövqeyini qəbul edir və belə bir sammitdə onun iştirakını arzulayıt”.

Azərbaycanın Misirdəki Yaxın Şərq Sammitinə iki ölkədən dəvət aldığına diqqət çəkən deputat vurğulayıb ki, bunlardan biri ABŞ-dır, hansı ki, Yaxın Şərqdə mümkün qalıcı sülhün hərbi siyasi memarlarından biri hesab olunur, digəri isə Misirdir, hansı ki, Şimali Afrikanın, Yaxın Şərqin və dünyanın ən böyük ölkələrindən biri hesab olunur:

“Biz bir daha Azərbaycanın Yaxın Şərq Sülh Sammitində iştirakını qlobal kontestdən qiymətləndirməli oluruq. Sülh prosesində, yaxud Yaxın Şərqdə sülhün inşa olunmasında Azərbaycanın oynaya biləcəyi rola gəldikdə isə, biz yaxın keçmişdə müharibədən sonrakı Suriyada Azərbaycanın oyunadığı rola diqqət eləməliyik. Azərbaycan Suriyadakı enerji problemlərinin həll olunması üçün dərhal dövriyyəyə girdi və Suriyaya qaz ixrac etməyə, eyni zamanda humanitar yardım göndərməyə başladı. Bu, region artorlarının hər biri tərəfindən rəğbətlə qarşılandı. Eyni zamanda, bundan sonra da Azərbaycan Suriyada sülhün inşa edilməsində iştirak edəcəkdir. Bu təcrübə əlbətdə ki, Qəzza və Fələstində də bənzər şəkildə tətbiq oluna bilər, amma fərqli vasitələrlə. Yəni əgər Suriyaya qaz lazım idisə, Azərbaycan bunu etdi. Qəzzada inşaat sektorunda dağıntıların təmizləndirilməsində, logistikanın qurulmasında Azərbaycan iştirak edə bilər ki. Azərbaycanın müharibədən azad olunmuş dağın ərazilərdə bütün bu prosesləri həyata keçirmək imkanları mövcuddur. Bu isə Azərbaycanın təkcə Cənubi Qafqazın deyil, Yaxın Şərq də daxil olmaqla, böyük bir regionun etimat göstərilən nüfuzlu dövləti olmasının göstəricisidir”.