Yazını böyüt
Yazını kiçilt
2 yanvar saat 12:00-dan axşam saatlarına qədər paytaxtın əsas prospektlərindən birində hərəkət məhdudlaşdırılacaq.
Hafta.az xəbər verir ki, bu haqda Azəravtoyolun mətbuat xidməti məlumat yayıb.
Ziya Bünyadov prospektinin Koroğlu qovşağından 20 Yanvar dairəsi istiqamətində olan hissəsində yerləşən 1-ci tunelə giriş bağlanacaq.
Səbəb olaraq ərazidə aparılan işıqlandırma sistemlərinin təmiri göstərilir.
“Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, - deyə qurum qeyd edib.