Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olundu

15:43 23.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub.

 

Hafta.az xəbər verir ki, bu vəzifəyə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli təyinat alıb.

 

Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

 

Mədəniyyət Nazirliyindən bildirilib ki, Fəxrəddin Camal oğlu Hacıyev (Hacıbəyli) 02.09.2021-ci tarixli əmrlə ev-muzeyinin direktoru təyin edilib.


Qeyd edək ki, Fəxrəddin Hacıyev vaxtilə Azərbaycan Dövlət Televiziyasında çalışıb. Daha sonra Ağdam Dram Teatrının direktoru vəzifəsində işləyib.

Oxunma sayı 25