Burkina-Fasoda 60-a yaxın qadın qaçırılıb

20:13 15.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Burkina-Fasonun şimalında silahlılar 60-a yaxın qadını qaçırıblar.

Hafta.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi hakimiyyətə istinadla məlumat yayıb.

Yanvarın 12-13-də yaraqlılar şəhərin yaxınlığında meşəlik ərazidə giləmeyvə yığan qadınlara hücum ediblər. Ordu bölmələri və yerli özünümüdafiə qüvvələri oğurlananların axtarışını aparırlar.

Səlahiyyətlilər hücumların terror qruplaşmaları tərəfindən törədildiyini güman edirlər.