Çadda qanlı etiraz: 50 ölü, 300 yaralı

12:34 21.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çadda demokratik idarəçiliyə daha sürətli keçid tələbi ilə başlayan etirazlarda baş verən zorakılıqlarda təxminən 50 nəfərin həyatını itirdiyi, 300 nəfərin isə yaralandığı bildirilib.

Hafta.az bildirir ki, etirazlardan sonra Encemine, Moundou, Doba və Koumrada saat 18:00-06:00 arasında qeyri-müəyyən komendant saatı elan edilib.

Mərkəzi Afrika ölkəsi Çadda yüzlərlə insanın demokratik idarəçiliyə daha sürətli keçid tələbi ilə küçələrə çıxmasından sonra zorakılıqlar başlayıb.

Təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində 50 nəfərin həyatını itirdiyi, 300 nəfərin yaralandığı bildirilib.

Çad keçid hökumətinin baş naziri Saleh Kebzabo keçirdiyi mətbuat konfransında hökumətin silahlı üsyan kimi qiymətləndirdiyi hadisədə insan itkisini təsdiqləyərək deyib: “Bu gün baş verənlər hakimiyyəti zorla ələ keçirmək üçün silahlı xalq üsyanıdır və məsuliyyət daşıyanlar ədalət qarşısında cavab verəcək”.