Yazını böyüt
Yazını kiçilt
Qışın olduqca sərt keçdiyi Türkiyənin Ərdahan vilayətində canavarlar təbii ərazilərinin sərhədini aşaraq yaşayış məntəqələrinə üz tutublar.
Hafta.az yazır ki, kəskin soyuqda əziyyət çəkən canavar sürüsü yemək də tapmayınca özlərini veriblər Azərbaycan təbii qazını Türkiyəyə və Avropaya daşıyan TANAP-ın keçdiyi bölgəyə. Xəbərə əsasən, dünən sürü TANAP-ın Dalmanda yerləşən qaz kompressor stansiyasını basıb.
Təhlükəsizlik kameralarına baxan mütəxəssislər hesab edir ki, canavar sürüsü stansiyaya sadəcə yemək tapmaq ümidi ilə gəliblər. Qəribəsi bu olub ki, canavarlar əraziyə yığılandan sonra sürü şəklində ulamağa başlayıblar. Bu da kənd sakinlərini bərk narahat edib.