Çavuşoğlu fransalı həmkarı ilə Ukraynadan danışdı

21:31 29.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Fransa xarici işlər naziri Katerina Kolonna arasında telefon danışığı baş tutub.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çavuşoğlu fransalı həmkarını yeni vəzifəsi başlaması münasibətilə təbrik edib.

Tərəflər Türkiyə-Fransa ikitərəfli münasibətlərini və Ukraynadaki son vəziyyəti müzakirə edib.