Cəbrayılda qanunsuz ov edən şəxs saxlanılıb

11:48 28.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun ərazisində qanunsuz ov edən şəxs aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Qubadlı rayon sakini Ş.Qəhrəmanov qanunsuz ov edərkən saxlanılıb. Həmin şəxsə məxsus 1 ədəd ov tüfəngi, 25 ədəd patron və ovladığı çöl quşları aşkar edilərək götürülüb.

Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.