Cənubi Koreya dörd nəfəri KXDR ilə əlaqədə şübhəli bilinərək həbs edib

10:39 01.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreyada məhkəmə hökumət əleyhinə fəaliyyətdə və Şimali Koreya ilə əlaqədə şübhəli bilinən 4 fəalın həbs edilməsi ilə bağlı prokurorun tələbini təmin edib. Bu barədə Yonhap agentliyi məlumat yayıb.

Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, bu fəallar 2016-cı ildə Cənub-Şərqi Asiyada fəaliyyət göstərən Şimali Koreya agentlərinin sifarişi ilə Çanqvon şəhərində hökumət əleyhinə təşkilat yaradıblar. Prokurorluq qeyd edir ki, fəallar KXDR-ə dəstək üçün Amerika əleyhinə etirazlar və nümayişlər təşkil ediblər.

Məhkəmə fəalların dəlilləri məhv etməyə və ya qaçmağa cəhd etməsi ilə bağlı ağlabatan riskin olduğunu hesab etdiyi üçün həbs qərarı çıxarıb.

Hüquq-mühafizə orqanları bu iş üzrə təqsirləndirilən şəxsləri yanvarın 28-də saxlayıblar. Onlar dövlət təhlükəsizliyi haqqında qanunu pozmaqda şübhəli bilinirlər.