Yazını böyüt
Yazını kiçilt
Cənubi Koreya Şimali Koreyanın nüvə sınaqlarını davam etdirəcəyi təqdirdə 2018-ci ildə imzalanmış hərbi sazişə xitam verəcəyini açıqlayıb.
KXDR və Koreya Respublikasının müdafiə nazirləri tərəfindən 2018-ci il sentyabrın 19-da imzalanmış saziş ölkələr arasında gərginliyi və hərbi toqquşma riskini azaltmaq üçün tədbirləri nəzərdə tutur. Tərəflər sərhədyanı ərazilərdə hərbi təlimlər, aviasiya uçuşları və artilleriya atışlarından azad zona yaradılması, həmçinin müşahidə məntəqələrinin geri çəkilməsi barədə razılığa gəliblər.