Çernobılda yenidən meşə yanğınları başladı

13:10 22.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada Çernobıl ərazisində yenidən meşə yanğını başlayıb.

Hafta.az-ın məlumatına görə, yanğın İlyintsı kəndi yaxınlığında qeydə alınıb.

Hazırda yanğın 3 hektar ərazidə davam edir.

Qeyd edək ki, Çernobılda aprel ayında güclü meşə yanğınları baş vermişdi. Yanğını tamamilə may ayının ortalarınadək söndürmək mümkün olmuşdu. Hadisə 20 min hektar ərazini əhatə etmişdi.