Çexiya əks-kəşfiyyatı Rusiyanı respublikanın milli təhlükəsizliyi üçün ən böyük təhdid hesab edir. RİA Novosti bu barədə Çexiya televiziyasına istinadən xəbər verir.
Respublika mediası isə öz növbəsində Təhlükəsizlik və İnformasiya Xidmətinin (SBİ, əks-kəşfiyyat) 2022-ci il üçün illik hesabatına istinad edir. Orada bildirilir ki, Rusiya Çexiyanın təhlükəsizliyi üçün ən böyük təhdiddir, lakin bununla yanaşı, Rusiya Federasiyası ilə əlaqəli olduğu iddia edilən hakerlərin fəallığı azalıb. Sənəddə həmçinin rusiyalı diplomatların Çexiyadan çıxarılması müsbət hal adlandırılır, çünki onların Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olduğu iddia edilir.
Bundan əlavə, SBİ-nin məlumatına görə, Rusiya kəşfiyyatı Rusiya müxalifətinin xaricdəki fəaliyyətini izləyir. Hesabatda QRU ilə əlaqəli olduğu və Çexiyada jurnalist adı altında işlədiyi iddia edilən şəxsin rusiyalı müxalif siyasətçilərin çıxış etdiyi tədbirlərə getməsi nümunəsi göstərilir.