Ceyhun Bayramov Türkiyəyə səfər edib

18:00 17.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

17 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramov 18 oktyabr tarixində İstanbul şəhərində keçiriləcək “3+3” formatında görüşdə iştirakı və çıxışı nəzərdə tutulub.

Səfər çərçivəsində həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.